Kürdəmirdə ağır yol qəzası baş verdi: xəsarət alanlar var - FOTOLAR

20:30 - 04 Noyabr 2022

Kürdəmirdə ağır yol qəzası baş verdi: xəsarət alanlar var - FOTOLAR

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Şilyan kəndi ərazisindən keçən hissəsində qeydə alıb.

Belə ki, “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində rayonun Şilyan kənd sakini, 7 yaşlı Məcidova Arzu Vidadi qızı, Bakı sakini 9 yaşlı Məcidov Məcid İsmayıl oğlu, və Bakı sakini, 12 yaşlı Ağayeva Rüqəyya Zaur qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardımın köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az