Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə rayonun "Azos" adlanan ərazisində qeydə alınıb.
Belə ki, "İVECO" markalı TIR "VAZ-2107" markalı avtomobillə toqquşub. Qəza nəticəsində minik maşını tamamilə yararsız hala düşüb. Qəzada xəsarət və ya ölüm halı qeydə alınmayıb.
Faktla bağlı araşdırma aparılır.