İsmayıllıda avtomobil sərxoş piyadanı vuraraq öldürdü

20:32 - 19 Noyabr 2022

İsmayıllıda avtomobil sərxoş piyadanı vuraraq öldürdü

İsmayıllıda "Toyota" markalı avtomobil sərxoş piyadanı vuraraq öldürüb.

 

Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, hadisə axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb. Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. İlkin araşdırma zamanı piyadanın sərxoş olduğu da müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az