Cəbrayılda DSX hərbçiləri qəzaya düşdü: ölən və xəsarət alan var

18:10 - 21 Noyabr 2022

Cəbrayılda DSX hərbçiləri qəzaya düşdü: ölən və xəsarət alan var

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları qəzaya düşüb, sərhədçi ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hadisə bu gün rayonun Şükürbəyli kəndində qeydə alınıb.

Belə ki, "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən Xidmətə məxsus "UAZ" markalı avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib.

Hazırda yaralıların müayinə və müalicəsi davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az