Bakı şəhərinin Nərimanov rayonunda "Opel" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.