Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

19:17 - 25 Dekabr 2022

Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə şübhəli bilinən həyat yoldaşı - 1978-ci il təvəllüdlü Zaur Süleymanov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə dekabrın 14-də baş verib.

Faktla bağlı araşdırma davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az