Neftçalada avtomobil kollektora aşdı - Xəsarət alanlar var

22:00 - 25 Dekabr 2022

Neftçalada avtomobil kollektora aşdı - Xəsarət alanlar var

Neftçalada baş verən yol qəzasında ər-arvad xəsarət alıb.

 

Manset.az xəbər verir ki, hadisə Xolqaraqaşlı kəndində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarındakı kollektora düşüb.

Qəza nəticəsində rayon sakinləri - 1988-ci il təvəllüdlü Haqverdiyev Tural Eldar oğlu və həyat yoldaşı Haqverdiyeva Leyla Əbülfəz qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatıdırlıblar.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az