Bu gün axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndindəki meşəlik ərazidə kənd sakini, 1994-cü il təvəllüdlü Cavidan Muradovun ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib
Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, məsələ ilə bağlı polisə məlumat daxil olub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib.
İlkin araşdırma zamanı C. Muradovun ov tüfəngi ilə ehtiyyatsız davranması nəticəsində silahdan açılan atəşdən öldüyü müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.