Bakının Xəzər rayonunda gənc oğlan balta xəsarətləri alıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.
Belə ki, Beynəlxalq hava limanının parklama yerində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlu qaynatası ilə mübahisəsi zamanı ağır xəsarət alıb. Qaynatası ona bir neçə balta zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir.