Azərbaycanda daha bir AĞIR QƏZA: Yaralananlar var - FOTO

17:30 - 01 Yanvar 2023

Azərbaycanda daha bir AĞIR QƏZA: Yaralananlar var - FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ-2106 markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə beş nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar Şəmkir rayon sakinləri 1990-cı il təvəllüdlü Əfsanə Huseynova, 2012-ci il təvəllüdlü Səma Sadıqova, yaşlı qadın Səkinə İsgəndərova və daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az