Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birinin önündə qeydə alınıb.
Hərəkətdə olan minik avtomobilinin motosikletə çırpılması nəticəsində motosikletçi ağır xəsarət alıb.
Hadisə yerinə yol polisi əməkdaşları və təcili yardım briqadası gəlib.
Faktla bağlı araşdırma aparılır.