Qaxda piyadanı maşın vurub

23:40 - 02 Yanvar 2023

Qaxda piyadanı maşın vurub

Qaxda 40 yaşlı piyadanı maşın vurub.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə Qax şəhəri ərazisində baş verib.

Qax şəhər sakini, 1982-ci il təvəllüdlü Hümbət Həmid oğlu Hümbətovu “Nissan” markalı minik avtomobili vurub. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. H. Hümbətova sağ aşağı ətrafın bud sümüyünün sınığı dioqnozu qoyulub, müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az