Polis əməkdaşının bıçaqlanması xəbərinə DİN-dən REAKSİYA

23:39 - 14 Fevral 2023

Polis əməkdaşının bıçaqlanması xəbərinə DİN-dən REAKSİYA

Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir, əsassızdır.

 

Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

"Gəncə şəhərində polis nəfəri yaşadığı evdə ehtiyatsızlıqdan yıxılması nəticəsində ayağından yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Xahiş edirik hər hansı məlumatı yaymazdan qabaq dəqiqləşdirilmə aparılsın", - DİN rəsmisi qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az