Sibirdə yerləşən Baykal gölünün donmuş səthindən keçməyə cəhd göstərən tur avtobusu buzun sınması nəticəsində suya batıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, nəqliyyat vasitəsində olan 7 nəfər həyatını itirib, bir nəfər isə xilas ola bilib.
Bildirilib ki, avtobusda olan səkkiz Çin vətəndaşından yeddisinin meyiti tapılıb.
Vilayət prokurorluğu faktla bağlı cinayət işi başlandığını elan edib. Səlahiyyətli qurumların məlumatına görə, hadisənin baş verdiyi ərazidə suyun dərinliyi 18 metr təşkil edir.