ABŞ məhkəməsi Trampın yüksək rüsumlarını ləğv etdi

22:43 - 20 Fevral 2026

ABŞ məhkəməsi Trampın yüksək rüsumlarını ləğv etdi

ABŞ Ali Məhkəməsi Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununun (IEEPA) prezidentə gömrük rüsumları tətbiq etmək səlahiyyəti vermədiyinə qərar verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə sözügedən qərarı 6 səs lehinə, 3 səs əleyhinə olmaqla qəbul edib.

Qərar mətnində ABŞ Konstitusiyasının müvafiq maddəsinə istinad edilərək vergi və gömrük rüsumlarının müəyyən edilməsi səlahiyyətinin Konqresə məxsus olduğu vurğulanıb.

Sənəddə qeyd olunur ki, hökumət IEEPA-nı “prezidentə birtərəfli qaydada məhdudiyyətsiz gömrük rüsumları tətbiq etmək və onları istədiyi kimi dəyişdirmək” imkanı verən qanun kimi şərh edib. Lakin qərarda bildirilir ki, qanunun yarım əsrlik tətbiqi dövründə heç bir prezident bu sənədə əsaslanaraq bu miqyas və əhatədə rüsumlar tətbiq etməyib, hətta ümumiyyətlə gömrük rüsumu müəyyənləşdirmək üçün belə həmin qanundan istifadə olunmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az