Yevlax rayonunda yol qəzası baş verib.
Manşet.az-ın məlumatına görə, hadisə Yevlax şəhəri 2 saylı orta məktəbin yaxınlığında qeydə alınıb.
Minik avtomobilinin motosikletə çırpılması nəticəsində ikinci idarəetmədən çıxaraq aşıb. Nəticədə motosikletin sürücüsü, 1969-cü il təvəllüdlü Qorxmaz Göyüşov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.