Gəlinlə bəy dəhşətli zəlzələdə öldü - FOTO/VİDEO

23:20 - 16 Fevral 2023

Gəlinlə bəy dəhşətli zəlzələdə öldü - FOTO/VİDEO

Türkiyədə baş verən dəhşətli zəlzələ günü evlənən Elif və Halil İbrahim Aksoy cütlüyü İskəndərunda kirayə aldıqları evdə dağıntılar altında qalaraq həyatlarını itiriblər.

 

Manset.az xəbər verir ki, bu barədə "Hurriyet" məlumat yayıb. Gəlinin böyük bacısı bildirib ki, 3,5 aylıq qızına toy günü Elif adını qoyublar.

Toy gecəsi həyatını itirən bəylə gəlindən geriyə qalanlar isə zəlzələdən saatlar əvvəl çəkilmiş fotolar və videolar olub. Görüntülərdə evli cütlüyün zala girərək rəqs etməsi əks olunub. Fotodakı 6 nəfərdən 5-nin öldüyü, bir qızın isə yaralı olaraq sağ qaldığı öyrənilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az