Lənkəranda dənizdə batan gəncin kimliyi məlum oldu

23:29 - 27 Avqust 2021

Lənkəranda dənizdə batan gəncin kimliyi məlum oldu

Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) batan şəxsin kimliyi məlum olub.

Manşet.az-ın verdiyi xəbərə görə, bu, Biləsuvar rayon Əsgərabad kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Ramin oğlu Paşayevdir. O, yaxınları ilə birlikdə Lənkərana istirahətə gəlib. Hadisə baş verən zaman onun yanında bir neçə yeniyetmə də olub. Onların sözlərinə görə, Mahir müvazinətini itirib. M.Paşayev xilas olmağa çalışıb. Lakin onun sudan çıxmadığını görüb, kömək istəyiblər. Dəniz sahilində olan sakinlər köməksiz qalan 4 nəfər yeniyetməni xilas ediblər.

Hazırda xilasedicilər və kənd sakinləri M.Paşayevin axtarışlarını davam etdirirlər.

Qeyd edək ki, hadisə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi ərazisində, nəzarətsiz hissədə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az