Xaçmazda ölən şəxslərin kimliyi MƏLUM OLDU

21:45 - 17 Fevral 2023

Xaçmazda ölən şəxslərin kimliyi MƏLUM OLDU

 

Gəndab-Yalama yolunun Xaçmazın Xudat şəhəri ərazisində baş verən qəzada ölən 3 şəxsin kimliyi bəlli olub.  

 

Manset.az-ın Şimal bürosunun Xaçmaz rayon xəstəxanasından əldə etdiyi məlumata görə,"Mercedes" markalı avtomobillə "Hyundai"markalı avtomobilin toqquşması nəticəsində birincinin sürücüsü, Xaçmazın Köhnə Xudat kənd sakini İslam Hüseyn oğlu Seyidoğlu, sərnişinləri - Xudat şəhər sakinləri Elmar Mehdi oğlu Rəmiyev və Nizami Vahid oğlu Vahidov yerindəcə ölüblər. 

Qeyd edək ki, İslam Seyidoğlu Xudat-Bakı marşrutu üzrə taksi sürücüsü işləyib.  

Fakta görə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.  //Bizim.Media

***18:17

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun 4-cü şöbə adlanan ərazisindən keçən hissəsində baş verib.

 “Mercedes” və “Hyundai” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az