Zəlzələdən 278 saat sonra xilas edildi

19:51 - 17 Fevral 2023

Zəlzələdən 278 saat sonra xilas edildi

Türkiyənin Hatay bölgəsində dağıntılar altından daha bir nəfər xilas edilib.

 

Manset.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Zəlzələnin baş verməsindən 278 saat sonra 48 yaşlı şəxs dağıntılar altından çıxarılıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 38 mini keçib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az