Sabirabadda pambıq zavodunda YANĞIN

19:43 - 19 Fevral 2023

Sabirabadda pambıq zavodunda YANĞIN

Sabirabadda pambıq zavodunda yanğın baş verib.  Yanğının əhatə dairəsi getdikcə genişlənib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, rayonun Axtaçı Muğan kənd ərazisindəki pambıq qəbulu və emalı zavodunda yanğın hələ də davam edir. 

Yanğını söndürmək məqsədilə Sabirabad, Saatlı, Şirvan, Hacıqabul rayonlarından FHN-nə məxsus 15-ə yaxın yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb edilib. 

Buna baxmayaraq, alovun əhatə dairəsi genişlənərək ərazinin 50 faizini əhatə edib.

Hazırda yanğının söndürülməsi istiqamətində mübarizə davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az