Beyləqanda yol qəzasında 32 yaşlı qadın ağır xəsarət aldı

23:48 - 29 Avqust 2021

Beyləqanda yol qəzasında 32 yaşlı qadın ağır xəsarət aldı

Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.azxəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Abbasova Arzu Füzuli qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və hər iki qolun sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisənin təfərrüatı araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az