Martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 1982-ci il təvəllüdlü Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Manset.az xəbər verir ki, hadisənin hava təzyiqi ilə işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***14:45
Bakıda ölümlə nəticələnən partlayış olub.
Manset.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən təkərdoldurma məntəqəsində baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb.