Bu gün Tərtərdə mina partlayışı olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-ın sorğusuna cavab olaraq bildirilib ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə məlumat daxil olub: "Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb".
Hazırda qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma davam etdirilir.
***
DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan Manset.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1989-cu il təvəllüdlü Yaquar Hadıyev piyada əleyhinə minaya düşüb.
O, polis əməkdaşları tərəfindən rayon mərkəzi xəstəxanasına çatıdırılıb. Sol ayağı amputasiya olunub. Hazırda Tərtər RPŞ-də araşdırma aparılır.