Cəlilabad rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə Cəlilabad şəhərinin H. Əliyev prospektində qeydə alınıb.
Belə ki, avtoyuma məntəqəsinin işçisi avtomobil sahibinin etibarından sui-istifadə etməklə "BMW" markalı minik avtomobilini avtoyumadan götürərək zəncirvari yol qəzasına səbəb olub.
Qəza nəticəsində sürücülərdən biri, Biləsuvar rayon sakini, 1982-ci il təvəllüdlü Bəhruz Quliyev xəsarət alıb. Yaralı rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.