Sarayda avtomobillər toqquşdu - Ölənlər var

23:56 - 27 Mart 2023

Sarayda avtomobillər toqquşdu - Ölənlər var

Saray qəsəbəsində baş verən qəzada ölənlərin sayı artıb.

 

Manset.az  APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 2018-ci ildə anadan olmuş Hüseynli Zəminə, 2007-ci il təvəllüdlü Allahverdiyeva Məryəm və 1974-cü il təvəllüdlü Afət adlı şəxs dünyasını dəyişib.

Qəza nəticəsində 2019-cu il təvəllüdlü Hüseynli Mehdi, 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn,1984-cü il təvəllüdlü Hüseynova Nərminə və 1989-cu il təvəllüdlü Hüseynli Nurəngiz xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, dünyasını dəyişən Məryəm Rusiyada təhsil alırmış. O, Azərbaycana sənəd düzəltmək üçün gəlib.

***19:38

Saray qəsəbəsində minik və yük avtomobilləri toqquşub, ölən var.

 

Bu barədə Manset.az-a  FHN-dən bildirilib.

"112" qaynar telefon xəttinə Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili və “İveco” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az