Gecə saatlarında YOL QƏZASI - Xəsarət alanlar var

01:00 - 28 Mart 2023

Gecə saatlarında  YOL QƏZASI  - Xəsarət alanlar var

Xudat-Nabran avtomobil yolunun İstisu qəsəbəsindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Manset.az  “Report”- a istinadən  xəbər verir ki, "Toyota Prius" markalı minik avtomobili ilə "Opel Astra" markalı minik maşınının toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Əhədov Elnur Camaləddin oğlu, 1991-ci il təvəllüdlü Abdullayev Ağa Gülmalı oğlu, 1996-cı il təvəllüdlü Nuriyev Qasım Zahid oğlu və 1987-ci il təvəllüdlü Xudaverdiyev Siyavuş Zahir oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az