Gəncədə avtomobil iki piyadanı vurub.
Manset.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 2 piyada "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Piyadalar ağır halda xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.