Kürdəmirdə “Qazel” “TIR” la toqquşdu - xəsarət alanlar var (FOTO)

10:17 - 16 Aprel 2023

Kürdəmirdə “Qazel” “TIR” la toqquşdu - xəsarət alanlar var (FOTO)

Kürdəmir rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Bakl-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “QAZel” markalı nəqliyyat vasitəsilə Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış “DAF” markalı “TIR”ın arxa hissəsinə çırpılıb.

Nəticədə “QAZel”də olan Biləsuvar rayon sakini 32 yaşlı Əliyev Elçin Xudarəhim oğlu, Cəlilabad rayon sakinləri, 34 yaşlı Abbasov Zabil Xanlar oğlu və 42 yaşlı Həsənov Rüstəm Zakir oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar və həkim nəzarətinə götürülüblər. Hazırda faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az