Bakıda bıçaqlanma hadisəsi baş verdi

12:02 - 16 Aprel 2023

Bakıda bıçaqlanma hadisəsi baş verdi

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığındakı parkda olub.

Belə ki, 2003-cü il təvəllüdlü Əsgərov Kənan Yadigar oğlu tanışı ilə parkda gəzərkən mübahisə edib.

Mübahisə davaya çevrilib. Dava zamanı K.Əsgərov bıçaqlanaraq ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az