Bakıda Pakistan vətəndaşları oğurlanıb - Pul tələb olunub

09:47 - 17 Aprel 2023

Bakıda Pakistan vətəndaşları oğurlanıb - Pul tələb olunub

Bakıda Pakistan vətəndaşları oğurlanıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, xəbər verir ki, Pakistan İslam Respublikasının vətəndaşları 2003-cü il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək bildiriblər ki, Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri Pakistan İslam Respublikasının vətəndaşları 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, 1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammad onları “H.Əliyev adına Beynəlxalq Hava Limanı”nda qarşılayıb, onları taksi fəaliyyəti göstərmək adı ilə Binəqədi rayonu, Azadlıq prospekti ev 192/30, mənzil 20 ünvanında yerləşən, 1992-ci il təvəllüdlü Ağazadə Ayxan Məzahir oğluna məxsus mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döyüblər. O cümlədən kəsici alətlə hədə-qorxu gələrək üzərlərində olan 1500 ABŞ dollarını və 400 Avro pulunu ələ keçiriblər.

Bundan başqa azad edilmələri müqabilində onlardan əlavə olaraq 20 min ABŞ dollar pulun verilməsini hədə-qorxu ilə tələb ediblər.
Faktla bağlı 1 Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə cinayət işi başlanıb.

Pakistan vətəndaşlarını oğurlayaraq pul tələb edən şəxslər tutulub. Qeyd edilib ki, əməli törətməkdə şübhəli şəxslər saxlanılaraq istintaqa cəlb olunub.

Hazırda zəruri istintaq hərəkətləri aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az