Azərbaycanda QƏZA: Hərbçi maşını kanala aşırdı - 1 nəfər batdı (FOTOLAR)

12:55 - 17 Aprel 2023

Azərbaycanda QƏZA: Hərbçi maşını kanala aşırdı - 1 nəfər batdı (FOTOLAR)

Beyləqanda avtomobil kanala aşıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Beyləqanın Birinci Şahsevən kənd sakini, 1988-ci il təvəllüdlü Sahil Təbriz oğlu Ağayevin idarə etdiyi “Khazar” markalı minik avtomobili körpüdən aşaraq kanala düşüb.

Sahil Ağayevin hərbçi, idarə etdiyi maşının isə dostuna aid olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc - xilasediciləri ərazidə axtarış-xilasetmə tədbirləri görürlər.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az