Balakəndə mağaza YANDI

10:17 - 21 Aprel 2023

Balakəndə mağaza YANDI

Balakəndə gündəlik təlabat mağazası yanıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə saat 02 radələrində rayonun Mahamalar kəndində baş verib.

Hadisə kənd sakini Ramiz Abdulsəməd oğlu Barxalova məxsus, ümumi sahəsi 88 kvadratmetr olan mağazada baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları və içərisində olan qida, gündəlik təlabat məhsulları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az