Cəlilabadda yol qəzası zamanı iki qadın xəsarət alıb.
Manset.az “Report”a istinadən verir ki, avtoqəza nəticəsində rayon sakinləri, 1970-ci il təvəllüdlü Nəcibə Məmmədova və 1958-ci il təvəllüdlü Mənzər Həşimova xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.