Goranboyda sel maşınları apardı - YENİLƏNİB (VİDEO)

20:45 - 30 Aprel 2023

Goranboyda sel maşınları apardı - YENİLƏNİB (VİDEO)

Güclü yağış və dolu Goranboy rayonunun bir sıra kənd və qəsəbələrində fəsadlar törədib.

 

Manset.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətindən "Report"un Qərb bürosuna verilən məlumata görə, sel sularının daşması nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, avtomobillərə və təsərrüfatlara ziyan dəyib.

Eyni zamanda çaylarda suyun səviyyəsi yüksəlib.

Hazırda Goranboy rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası güclü yağış və dolu yağması ilə yaranmış sel nəticəsində vətəndaşlara dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması ilə bağlı işlər davam etdirir.

***19:28

Goranboya yağan leysan yağış bir sıra fəsadlar yaradıb.

 

Manset.az xəbər verir ki, Goranboy rayonu Böylü qəsəbəsi, Gürzalılar kəndindən keçən sel təsərrüfata, həyətyanı sahələrə, avtomobillərə ciddi ziyan vurub.

Qeyd edək ki, Goranboy rayonunun Aşağı Ağcakənd, Muzdurlar və Dəliməmmədli qəsəbələrinə, Erkək-mənəş, Gürzalılar, Rusbarisi kəndlərinə də dolu düşüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az