Bakıda evdən 2 min manatlıq çilçıraq oğurlandı

16:57 - 06 May 2023

Bakıda evdən 2 min manatlıq çilçıraq oğurlandı

Mayın 2-də Nizami rayonu ərazisindəki evlərin birindən 2000 manat dəyərində çilçırağın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

DİN-dən Manset.az-a verilən məlumata görə, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini Eldəniz Mirzəyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az