Azərbaycanda "VAZ-21011" yolun ortasında yandı - VİDEO

15:16 - 07 May 2023

Azərbaycanda \"VAZ-21011\" yolun ortasında yandı - VİDEO

Tovuzda "VAZ" yanıb.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə Tovuz şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaş Samir Əliyevə məxsus "VAZ-21011" markalı minik avtomobilində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrikinin və salonun yanar hissələri yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az