Mağazada baş verən YANĞIN söndürüldü - YENİLƏNİB (VİDEO)

21:20 - 07 May 2023

Mağazada baş verən YANĞIN söndürüldü - YENİLƏNİB (VİDEO)

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mağazada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən operativ şəkildə söndürülüb.

 

Manset.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğın nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 26 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan geyim mağazasının zirzəmi hissəsində 30 kv.m sahədə geyim əşyaları və lambirdən ibarət tavan 60 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

*** 18.54

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mağazada yanğın olması barədə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Görülmüş operativ və çevik müdaxilə nəticəsində yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinin qarşısı alınmaqla söndürülüb.

***18:41

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən mağazada yanğın olması barədə ilkin məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az