Qubadlıda fəhlə faciəvi şəkildə ÖLDÜ

13:13 - 08 May 2023

Qubadlıda fəhlə faciəvi şəkildə ÖLDÜ

Qubadlı rayonunda bədbəxt hadisə baş verib.

 

DİN-in Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, Qubadlı RPŞ-yə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar keçirilmiş tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib. İlkin ehtimala görə, o, üzərinə qaya parçalarının aşması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az