Azərbaycanda 25 yaşlı gənci ilan sancdı

21:05 - 09 May 2023

Azərbaycanda 25 yaşlı gənci ilan sancdı

Hacıqabulda 25 yaşlı gənci ilan sancıb.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Udulu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1998-ci il təvəllüdlü Ağayev Mirkamil Sahil oğlu təsərrüfat işləri ilə məşğul olarkən onu ilan sancıb.

Zərərçəkmiş Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə ilan zəhərinə qarşı zərdab vurulub və digər zəruri tədbirlər görülüb.

M.Ağayevin vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az