Fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı - 8 yaralı (YENİLƏNİB)

20:41 - 11 May 2023

Fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı - 8 yaralı (YENİLƏNİB)

Cəlilabad rayonunda yol qəzasında yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olub.

 

Manset.az xəbər verir ki,"QAZel" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.

Hadisədə 8 nəfər xəstəxanaya müraciət edib. Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.

***19:36

Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində mikroavtobus aşıb.

 

Manset.az  Report-a istinadla xəbər verir ki, nəticədə 10-na yaxın şəxs xəsarət alıb.

Hazırda yaralılar xəstəxanaya aparılır.

Faktla bağlı araşdırma başlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az