Azərbaycanda bağlı qapı arxasında qalan azyaşlı xilas edildi

22:42 - 11 May 2023

Azərbaycanda bağlı qapı arxasında qalan azyaşlı xilas edildi

Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az