Maşın maneəyə çırpıldı - 4 nəfər yaralandı

19:47 - 23 İyul 2023

Maşın maneəyə çırpıldı - 4 nəfər yaralandı

Şəmkirdə avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kənd yolunda qeydə alınıb.

"VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində, 2004-cü il təvəllüdlü K.Abbasov, 2003-cü il təvəllüdlü İ.Qasımov, 2005-ci il təvəllüdlü E.Həsənov və 2001-ci il təvəllüdlü İ.Əmirxanov xəsarət alıb.

Zərərçəkmiş şəxslər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az