Bakıda marşrut avtobusları toqquşdu - Yaralılar var

10:44 - 24 İyul 2023

Bakıda marşrut avtobusları toqquşdu - Yaralılar var

Bu gün Bakı şəhər Xocəsən şosesində avtobusların iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.

Belə ki, “İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.

Hazırda faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az