Azərbaycanda zavodunda PARTLAYIŞ: Ölən və yaralanan var - YENİLƏNİR

12:54 - 24 İyul 2023

Azərbaycanda zavodunda PARTLAYIŞ: Ölən və yaralanan var - YENİLƏNİR

Ölən şəxsin zavodda işləyən 1966-cı il təvəllüdlü Mehman Əhmədov, xəsarət alanın isə 1970-ci il təvəllüdlü Səbinə Şəkərova olması müəyyənləşib.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.

***

Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu” MMC-də partlayış olub.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az