Bu gün Bakının mərkəzində irigövdəli ağac aşıb.
Manset.az xəbər verir ki, Nizami küçəsində aşan ağac səkidə hərəkət edən piyadanın üzərinə düşüb.
Yaxınlıqdakı şəxslər həmin kişiyə ilkin yardım göstəriblər.
Ağacın aşması nəticəsində yaranmış fəsadlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ən qısa zamanda aradan qaldırılıb.