Bakıda 14 yaşlı oğlan dəm qazından boğulub.
Manset.az ent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Rayon sakini, 14 yaşlı Lətif Mansurov yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.