ASAN Xidmətin əməkdaşının avtomobili külə döndü - VİDEO

19:24 - 28 İyul 2023

ASAN Xidmətin əməkdaşının avtomobili külə döndü - VİDEO

Lənkəran rayonunda ASAN Xidmətin əməkdaşının avtomobili yanıb.

 

Manset.az  Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran sərhəd yolunun rayonun Girdəni kəndindən keçən hissəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Qazax rayonu Aşağı Salahlı kənd sakini Natiq Vəli oğlu Mehdiyevə məxsus "Azsamand" markalı avtomobil yanıb.

Hadisə yerinə FHN-nin Lənkəran Yanğından Mühafizə hisssəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Mehdiyev Azərbaycan Ordusunun giziri olub. O, 2015-ci ilin aprel ayında Tərtər rayonunun Qapanlı istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanıb. N.Mehdiyev 2018-ci ildən ASAN Xidmətdə çalışır. Hadisə də onun Lənkəranda işlə əlaqədar səyyar xidmətdən qayıdarkən baş verib.

Lənkəran rayonunda ASAN Xidmətin əməkdaşının avtomobili yanıb. Publika.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran sərhəd yolunun rayonun Girdəni kəndindən keçən hissəsində baş verib. Belə ki, 1987-ci il təvəllüdlü Qazax rayonu Aşağı Salahlı kənd sakini Natiq Vəli oğlu Mehdiyevə məxsus "Azsamand" markalı avtomobil yanıb. Hadisə yerinə FHN-nin Lənkəran Yanğından Mühafizə hisssəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, N.Mehdiyev Azərbaycan Ordusunun giziri olub. O, 2015-ci ilin aprel ayında Tərtər rayonunun Qapanlı istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanıb. N.Mehdiyev 2018-ci ildən ASAN Xidmətdə çalışır. Hadisə də onun Lənkəranda işlə əlaqədar səyyar xidmətdən qayıdarkən baş verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az