Daşkəsəndə ata və qızı bıçaqlandı - YENİLƏNDİ

20:58 - 29 İyul 2023

Daşkəsəndə ata və qızı bıçaqlandı - YENİLƏNDİ

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Bayan kənd sakinləri - 1965-ci il təvəllüdlü İ. Quliyev və onun qızı 1997-ci il təvəllüdlü A. Quliyevanın bədənin kəsilmiş-deşilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərə kəsici alətlə xəsarət yetirən şəxsin Röyal Allahverdiyev olması müəyyən edilib.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

 20:45

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə Daşkəsən rayonunun Bayan kəndində qeydə alınıb.

1965-ci il təvəllüdlü İsa Quliyev və onun qızı, 1997-ci il təvəllüdlü Aytən Quliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstə əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə hadisəni ailənin kürəkəni törədib.

Polis araşdırma aparır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az