Naxçıvanda su anbarı ətrafında yanğın olub -  FOTO

21:33 - 29 İyul 2023

Naxçıvanda su anbarı ətrafında yanğın olub -  FOTO

Uzunoba su anbarının ətrafında yanğın baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Uzunoba Su Anbarının ətrafında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsi cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az